“Qalatasaray”da yenə Droqba şoku yaşanır. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Sivasspor” matçında oynamayacaq.
Son məşq zamanı zədəsi yenilənən Droqba “Sivasspor”la oynayacaq heyətdən çıxarılıb. “Fənərbaxça” ilə derbidə zədəli şəkildə oynayan və zədəsini hələ də sağalda bilməyən hücumçu bu tur oyunu buraxmalı olacaq. Onun qasıq və bel nahiyəsində kəskin ağrılar olduğu bildirilir.
Bundan əlavə, Çedjoy və Ceyhun da zədə səbəbindən, Melo, Sneyder və Hakan Balta isə cəzalı duruma düşmələri səbəbindən “Sivasspor” matçına çıxmayacaqlar. Baş məşqçi Roberto Mançini onların əvəzinə Burdisso, Ontivero və Hayroviçi heyətə daxil edib.