Dünyanın ən məşhur azarkeşlərindən biri vəfat etdi
16.09.2015 - 20:05
Dünyanın ən məşhur azarkeşlərindən biri vəfat etdi

Braziliya millisinin məşhur azarkeşlərindən biri Klovis Fernandes vəfat edib. Apasport.az saytının məlumatına görə, məşhur fanat 60 yaşında dünyasını dəyişib.

 

1990-cı ildən bəri Braziliya yığma komandasının iştirakı ilə bütün dünya çempionatlarını izləyən Fernandes ümumilikdə 150-də çox oyunda sevimli komandasına dəstək olub.

 

Ötən ilki mundialda Almaniyaya 1:7 hesablı məğlubiyyətə göz yaşları ilə şahidlik edən məşhur azarkeş 9 ildi əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib.