Əliyar Ağayev final mərhələsində
08.04.2014 - 10:25
Əliyar Ağayev final mərhələsində

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Maltada təşkil olunacaq qitə çempionatına azərbaycanlı hakim də dəvət alıb.

 

Belə ki, FİFA referisi Əliyar Ağayev final mərhələsinin oyunlarını idarə edəcək 6 baş hakimdən biri olacaq. Bu oyunlar mayın 9-21-də keçiriləcək.

 

Qeyd edək ki, final mərhələsində meydan sahibləri ilə yanaşı, İsveçrə, Polşa, Hollandiya, İngiltərə, Almaniya, Şotlandiya və Portuqaliya milliləri mübarizə aparacaq.