Əliyar Ağayev niyə təyinat almayıb?
11.04.2014 - 10:16
Əliyar Ağayev niyə təyinat almayıb?

FİFA referisi Əliyar Ağayevin Topaz Premyer Liqasının XXX turuna təyinat almamağının səbəbi bilinib. Apasport.az saytının məlumatına görə, gənc hakim burnundan əməliyyat olunub.

 

3 gün öncə əməliyyat edilən Ağayev minimum 10 gün meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, Ağayev  mayın 9-dan 21-dək Maltada 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsini idarə edəcək 6 hakimdən biridir.