Felipe Luis rəsmən “Çelsi”də
18.07.2014 - 23:26
Felipe Luis rəsmən “Çelsi”də

 

Braziliyalı müdafiəçi Felipe Luis “Çelsi” ilə rəsmi müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi ilə müqavilə 5 il üçün nəzərdə tutulub.

 

“Çelsi”də 5 nömrəli forma ilə çıxış edəcək braziliyalı bu transferin onun arzularının reallaşması olduğunu bildirib: “Mənim İngiltərə Premyer-Liqasında, “Çelsi”də çıxış etmək imkanım yaranıb. Mən xoşbəxtəm və bütün gücümü komandaya vermək üçün mövsümün başlamasını gözləyirəm”.

 

Felipe Luis bundan əvvəl “Atletiko”nun şərəfini qoruyub. Arda Turanın yaxın dostu olan Luis Madrid klubunun heyətində ümumilikdə 180 oyuna çıxıb, Avropa Liqasında, İspaniya çempionatında və İspaniya Kubokunda qalib gəlib, komandasına Çempionlar Liqasının finalına çıxmağa kömək edib.