FİFA “Barselona”nın arzusunu gözündə qoydu
20.09.2015 - 14:56
FİFA “Barselona”nın arzusunu gözündə qoydu

“Bareslona”nın UEFA Çempionlar Liqasında “Roma” ilə oyunda zədələnərək mövsümün sonuna kimi sıradan çıxan Rafinyanın əvəzinə yeni oyunçu sifariş vermək arzusu baş tutmayıb. Apasport.az saytının məlumatına görə, katalonlar ali futbol qurumuna müraciət edərək sifarişlərinə icazə verilməyən iki yeni transferdən birini, ya Arda Turanı, ya da Aleyks Vidalı heyətə daxil etmək istəyirdi.

 

Ancaq FİFA onların bu xahişinə razılıq verməyib. Bu barədə klubun baş məşqçisi Luis Enrike açıqlama verib. Gənc mütəxəssis bu qərardan çox məyus olduqlarını bildirib.