FİFA Qətər və Rusiya ilə bağlı qərarını payızda açıqlayacaq
10.06.2014 - 03:35
FİFA Qətər və Rusiya ilə bağlı qərarını payızda açıqlayacaq

 

FİFA 2018 və 2020-ci illər dünya çempionatlarının sahiblərinin seçilməsi ilə bağlı araşdırmanın nəticələrini sentyabr və ya oktyabr ayında açıqlayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA prezidenti Yoxef Blatter bildirib.

 

İyunun 9-da FİFA-nın etika üzrə komitəsinin istintaq palatası araşdırmanı başa çatdırma lıydı. İyulda isə palatanın sədri Maykl Qarsiya nəticələrə uyğun olaraq hesabatını təqdim edəcək.

 

Rusiya və Qətər müvafiq olaraq 2018 və 2020-ci illərin dünya çempionatını keçirmək hüququ qazanıblar. Bu ilin mayında isə səsvermənin nəticələri ilə bağlı korrupsiya qalmaqalı başlayıb. Mətbuatın yazdığına görə, FİFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvü Məhəmməd bin Həmmam Qətərin mundiala ev sahibliyi etməsi üçün FİFA məmurlarına 5 milyon dollar rüşvət verib. Rusiyanın da səsvermə zamanı fırıldağa yol verdiyi istisna olunmur.

 

 

0