Filipp Lam: Yığmanı tərk etmək barədə çoxdan düşünürdüm
18.07.2014 - 21:55
Filipp Lam: Yığmanı tərk etmək barədə çoxdan düşünürdüm

 

Almaniya millisinin kapitanı Filipp Lam yığmadakı karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, futbolçu bu qərarı niyə qəbul etdiyi barədə danışıb.

 

Lam bildirib ki, son mövsüm ərzində qərar üzərində düşünüb: “Xoşbəxtəm ki, bizim dünya çempionu olmağımız qərarımla üst-üstə düşdü. Bu gün səhər Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbaxa zəng etdim və millidəki karyeramı başa vurduğumu bildirdim. O, son 10 ildəki əməkdaşlığımız üçün mənə təşəkkür etdi. Bu, ən yaxşı andır. Mən yığmanı xoşbəxt şəkildə tərk edirəm”.

 

Öz növbəsində Nirsbax bildirib ki, Lamı fikrindən döndərməyə çalışmayıb: “Bu mümkün olmayan bir iş idi".

 

Filipp Lam 5 dəfə Almaniya çempionu olub, dəfələrlə ölkə Kuboku və Superkubokunu qazanıb. Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibidir. Bir neçə gün öncə Almaniya millisi ilə dünya çempionu olub.