Frans Şimer: Rəqiblər haqda bildiklərim ağ kağızdan ibarətdi
18.07.2014 - 16:38
“Mən hər iki komandanın sadəcə adını eşitmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya “Zalsburq”unun futbolçusu Frans Şimer deyib.
O bildirib ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin bügünlü püşkündə onlara rəqib olan “Qarabağ” – “Valletta” cütünü təşkil edən komandalar haqda məlumatı yoxdur: “Onlar haqda bildiklərim isə ağ kağızdan ibarətdi. Lakin bizim üçün bunun əhəmiyyəti yoxdur. Bizim hədəfimiz Çempionlar Liqasının qrupuna çıxmaqdır. Bunun üçün iki mərhələ adlamalıyıq. Həmin mərhələlərdəki bütün komandalara da hörmətlə yanaşmalıyıq”.
0
0