Futbolçunun ürəyindəki şiş götürüldü
19.07.2014 - 01:52
Futbolçunun ürəyindəki şiş götürüldü

 

“Atletiko Madrid”in futbolçusu Anxel Korreanın ürəyində cərrahiyyə əməliyyatı keçirilib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçunun ürəyindəki şiş götürülüb.

 

Gözlənildiyinə görə, 19 yaşlı futbolçu 6 aydan sonra meydana qayıdacaq. Korrea əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib: “Hər şey yaxşı keçdi, özümü əla hiss edirəm. Həkimlər dedilər ki, bərpa olunmaq üçün bir neçə gündən sonra xəstəxananı tərk edə biləcəyəm”.