İbrahimoviçin qardaşı ölüb
12.04.2014 - 03:49
İbrahimoviçin qardaşı ölüb

Fransanın “Pari Sen-Jermen” klubunun hücumçusu Zlatan İbrahimoviçin ailəsinə ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, isveçli futbolçunun qardaşlarından biri vəfat edib.

 

İbrahimoviçin qardaşı uzun sürən xəstəlikdən sonra ölüb. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi bildirilmir. Xəbəri alan İbrahimoviç dərhal vətəninə yola düşüb. Onun PSJ-nin düşərgəsini hansı müddətə tərk etdiyi məlum deyil. Bəzi mzəlumatlarda onun bir neçə oyunu buraxacağı vurğulanır.