İddia: Gözlənilən keçid baş tutdu
17.04.2016 - 14:08
İddia: Gözlənilən keçid baş tutdu

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Mançester Yunayted”lə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri xəbər yayıb.

 

Uzun müddətdi tərəflər arasında əldə olunacağı gözlənilən razılaşma nəhayət reallaşıb. Mövsümün sonunda hollandiyalı baş məşqçi Lui van Qalın postundan ayrılmasından sonra keçid rəsmən açıqlanacaq.

 

Alman həmkarlarımız artıq müqavilənin müddətini də əldə ediblər. Bildirilir ki, Mou “qırmızı şeytanlar”la 3 illik razılaşma əldə edib.

 

Qeyd edək ki, “Çelsi”dən ayrıldıqdan sonra bir müddət işsiz qalan Joze “manukunianlar”la anlaşacağı barəsində xəbərləri təkzib edirdi.

0