İki “azərbaycanlı” “Top-100”də
09.04.2014 - 09:00
İki “azərbaycanlı” “Top-100”də

Topaz Premyer Liqasında çıxış edən legionerlər Polşa millisinə namizədlər sırasına düşüb. Apasport.az saytının məlumatına görə, 100 futbolçunun daxil olduğu siyahıda qapıçılar Lukas Sapela (“Rəvan”) və Pavel Kapsa (“Simurq”) yer alıb.

 

Belə ki, Polşa mətbuatı yığmanın baş məşqçisi Adam Navalka məsləhət xarakteri daşıyan xüsusi yazı hazırlayıb. Burada Azərbaycan, Litva və Rumıniya klublarında çıxış edənlərin milliyə real namizəd olmadığı vurğulansa da, siyahıya Lukasla Pavel də düşüb.

 

Həmkarlarımız Polşa çempionatı ilə yanaşı, legioner həyatı yaşayan oyunçuların ümumi reytinq siyahısını tərtib edib. 100 nəfərlik siyahıda Sapela ilə Kapsaya da yer tapılıb. Navalkanın diqqətini çəkmək üçün tərtib olunan bu reytinqdə ölkəmizdə çıxış edən qapıçılar son pillələrdə qərarlaşıb. Pavel 99-cu, Lukas isə 100-cü pilləyə layiq görülüb.

 

Qeyd edək ki, siyahıya Dortmund “Borussiya”sında çıxış edən Robert Levandovski başçılıq edir.