“Barselona”nın futbolçusu Andres İnyesta Çempionlar Liqasının 1/4 finalında “Atletiko” ilə görüş barədə danışıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu oyunda meydana çıxsa, “Barsa”nın heyətində 500-cü oyununu keçirəcək.
“Yarımfinala çıxmaq üçün biz ideal oyun göstərməliyik” - deyə, İnyesta vurğulayıb: “Biz “Atletiko”nun kifayət qədər ciddi rəqib olduğunu bilirik. Onlarla bu mövsüm görüşmüşük. Bizə “Vinsente Kalderon” stadionuna qüvvəmizə amin şəkildə çıxmaq, gözəl oyun nümayiş etdirmək və qalib gəlmək qalır. Çətin olacaq, amma biz bunun öhdəsindən gələ bilərik. 500-cü oyun çox gözəl göstəricidir və mən özümü xoşbəxt hiss edirəm. Bu onu göstərir ki, mən hələ çox ciddi bir kluba xeyir verə biləcək durumdayam”.