İsveçdə yubileylər
19.07.2014 - 15:42
Avropa Liqasının II təsnifat mərhələsinin “Elfsborq”la İsveçdəki oyunu “İnter”!in bəzi üzvləri üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Sxadadzelər də yubilyarlar sırasında olub.
Baş məşqçi Kaxaber Sxadadze çalışdırıcı kimi 20-ci, oğlu Baçana isə futbolçu kimi 10-cu avrokubok matçını keçirib. Sonuncu yalnız Avropa Liqasında oynadığından bu yarışda da yubiley qeyd edib.
Qarşılaşma Arif Daşdəmirovla Georgi Lomaya üçün də əlamətdar olub. Sonuncu Avropa Liqasında 10-cu, Arif isə avrokuboklarda 15-ci oyununu keçirib.
0
0