Kamran Ağayevin yeni baş məşqçisi bəlli oldu
30.09.2015 - 18:44
Kamran Ağayevin yeni baş məşqçisi bəlli oldu

Türkiyə PTT 1-ci liqasında çıxış edən “Karşıyaka”nın yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, İzmir klubunda Cüneyt Dumlupınardan boşalan vəzifəyə Kamal Özdeş gətirilib.

 

Daha əvvəl  “Manisaspor” və “Balıkesirspor”da çalışmış Özdeş artıq bu gün komandaya qoşularaq ilk məşqinə çıxıb.

 

Qeyd edək ki, milli komandamızın qapıçısı Kamran Ağayev bu mövsümün əvvəlindən etibarən “Karşıyaka”nın şərəfini qoruyur.