Kapitan “Milan”dan ayrılmaq istəyir
12.09.2015 - 09:34
Kapitan “Milan”dan ayrılmaq istəyir

“Milan” kapitanı Rikkardo Montolivo ilə yolları ayıra bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yanvarda “rossonyerlər”i tərk edəcəyi gözlənilir.

 

Məlumata görə, Montolivo məşqçilər korpusunun ona olan münasibətindən narazıdı. Bu səbəbdən futbolçu dövrələrarası fasilədə komandasını dəyişmək niyyətindədi.

 

Qeyd edək ki, karyerası ərzində “Atalanta” və “Fiorentina” klublarının da formasını geyinmiş Montolivo 2012-ci ildən “Milan”da çıxış edir.