[b]Kaue: Qələbə qazanmaqdan başqa çarəmiz yoxdur[/b]
18.07.2014 - 20:26
[b]Kaue: Qələbə qazanmaqdan başqa çarəmiz yoxdur[/b]

“Neftçi” heç də zəif çıxış etmədi. Sadəcə, rəqib müdafiədə yaxşı oynadı”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Kaue deyib.

 

Avropa Liqası çərçivəsində “Koper”lə “Bakcell Arena”da üz-üzə gələn “Neftçi” gözlənilmədən məğlub olub.

Xüsusilə də birinci hissədə kobud səhvlərə yol verən təmsilçimiz fasiləyə 1:2 hesablı məğlub yollandı. Matç haqda danışan “Neftçi”nin yeni transferi rəqib qapıçının inamlı oyununu qabardıb: “İki kobud səhvə yol verdik. Bundan sonra sanki oyun intizamı pozuldu. İkinci hissədə üstünlük tamamilə tərəfimizdə olsa da, rəqib qapıçı yaxşı oyandı. Sloveniyadakı oyun asan keçməyəcək. Ancaq qələbə qazanmaqdan başqa çarəmiz də yoxdur”.

 

“Neftçi”dəki ilk rəsmi oyunu haqda da danışan yarımmüdafiəçi Rumıniyada göstərdiyi oyunu nümayiş etdirə bilməməsini belə izah edib: “Ola bilsin orda daha yaxşı oynayırdım. Bu da “Neftçi”də yeni olmağımla bağlıdır. İlk rəsmi oyunuma çıxmışdım. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdim. Ən azı bunun üçün çalışdım”.