Kosta “Atletiko”dakı nömrəsini saxladı
19.07.2014 - 05:27
“Çelsi”nin yeni transferi Dieqo Kosta əvvəli nömrəsini saxlayıb. Apasport.az saytının məlumatına görə, futbolçu London klubunda da “Atletiko”dakı 19 nömrəli formada çıxış edəcək.
“Çelsi”də bu nömrə Demba Baya məxsus olub. Amma Ba dünən Türkiyənin “Beşiktaş” klubuna keçib və 19 nömrə boş qalıb.
Qeyd edək ki, “Çelsi”də 21-ci əsrdə bu nömrə ilə Paulu Ferreyra, Lissane Diarra, Skotti Parker, Vilyam Qallas və Valerio di Çezare çıxış edib.
0
0