Koutinyo qərarını açıqladı
10.10.2015 - 11:31
Koutinyo qərarını açıqladı

“Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyo İspaniya nəhənglərinin təklifinə cavab verib. Apasport.az saytı xəbər verir ki, “Barselona” və “Real”ın maraq dairəsində olan ulduz futbolçu İngiltərədən ayrılmaq fikrində deyil.

 

Braziliyalı futbolçu İngiltərə mətbuatına açıqlamasında “Liverpul”da qalmaq istədiyini bildirib: “Liverpul”la yeni müqavilə imzalamaq üzrəyəm. Nə “Barselona”, nə də “Real”a keçmək barədə düşünürəm. Yaxın gələcəkdə belə bir transferin reallaşacağına inanmıram. Hələ ki, “Liverpul”da hər şey məni qane edir. Bu klubun formasını geyinməkdən məmnunam”.

 

Qeyd edək ki, Koutinyo “Liverpul”a 2013-cü ildə “İnter”dən keçib.