Kroos: Ronaldo “Real”da tək deyil
18.07.2014 - 03:41
“Real Madrid” klubunun yeni transferi Toni Kroos kral klubu barədə böyük fikirdə olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin futbolçusu Madrid klubunun lideri Kriştiano Ronaldo barədə də danışıb.
Kroos Portuqaliya yığmasının kapitanı barədə yüksək fikirdə olduğunu da deyib: “Mən “Real”a keçməklə, çoxdankı arzumu yerinə yetirdim. Əlbəttə, Ronaldo böyük futbolçudur. Amma “Real”da təkcə o oynamır”.
Xatırladaq ki, kral klubu bu gün Toni Kroosun komanda ilə 6 illik müqavilə bağladığını rəsmən elan edib.
0
0