Kroos rəsmən “Real”da
17.07.2014 - 21:28
“Bavariya”nın yarımmüdafiəçisi Toni Kroos “Real Madrid”ə keçib. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya klubunun rəsmi saytında bildirilir.
Kroosun müqaviləsi 6 il üçün nəzərdə tutulub. Hələlik transferin maliyyə tərəfi gizli saxlanılsa da, məbləğin 20-30 milyon avro arasında olduğu güman edilir. Futbolçu “Real”da ildə 6,7 milyon avro alacaq.
Münhen klubunun idarə heyətinin sədri Karl-Haynts Rummeniqe futbolçuya “Bavariya”da keçirdiyi illərə görə təşəkkür edərək, ona Madrid klubunda uğurlar arzulayıb.
0
0