Lempard Amerikaya gedir
20.07.2014 - 12:01
“Çelsi” futbol klubunun keçmiş futbolçusu Frenk Lempard karyerasını Amerikada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 36 yaşlı oyunçu gələn həftə “Nyu-York Siti” klubu ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, “Nyu-York Siti” MLS-də 2015-ci ilin yazından etibarən çıxış etməyə başlayacaq. Bu səbəbdən də, Lempard oyun formasını saxlamaq üçün bu müddət ərzində icarə əsasında Avstraliyanın “Melburn Siti” klubunda çıxış edəcək.
Xatırladaq ki, bundan əvvəl ispaniyalı futbolçu David Vilya da “Nyu-York Siti” ilə müqavilə bağlayıb.
0
0