Markus Rohden: “İnter” bütün mövqelərdə bizi üstələdi - [b]MÜSAHİBƏ[/b]
18.07.2014 - 10:01
Markus Rohden: “İnter” bütün mövqelərdə bizi üstələdi - [b]MÜSAHİBƏ[/b]

Avropa Liqasının II təsnifat mərhələsində doğma meydanda “İnter”ə uduzan İsveçin “Elfsborq” klubunun yarımmüdafiəçisi Markus Rohden yerli mətbuata müsahibə verib. Apasport.az xəbər verir ki, o, müsahibəsində rəqibin daha yaxşı oynadığını və komandasının növbəti mərhələyə keçmək üçün az şansı olduğunu bildirib.

 

- “İnter”ə uduzduğunu oyun haqqında nə deyə bilərsiz?

- Biz həddən artıq məyusuq. Qələbə üçün oynayırdıq. Amma alınmadı. Rəqib bizdən daha istəkli oldu və qalib gəldi.

 

- Məğlubiyyətə səbəb olacaq səhvləriniz nə idi?

- Özümüzdə yaxşı top saxlaya bilmədik. Oyunun tempi də rəqibin istədiyi kimi gedirdi. Əlimizə şans düşdü və boşa verdik. “İnter” bütün mövqelərdə bizi üstələdi.

 

- Bakıda sizin üçün çox çətin olacaq...

- Düzdür, çətin olacaq. Amma düşünmürəm ki, bütün şanslarımızı itirmişik. Hələ qarşıda daha bir 90 dəqiqə var. Biz onların necə oyun üslubuna malik olduğunu əvvəlcədən bilirdik. Həmçinin deyim ki, “İnter” bu qarşılaşmaya bizdən daha yaxşı hazırlaşmışdı. Bəlkə də biz onlara qarşı düzgün oynamadıq və ya tam hazır deyildik. Hər şeyə səfər oyununda aydınlıq gələcək.

 

- Amma görünən odur ki, növbəti mərhələ şanslarınız çox azdır...

- Sizinlə razılaşmaya bilmərəm. Evdə məğlub olduğumuz üçün şansımız çox azdır. Burda gizlətməli heç bir şey yoxdur. Əlbəttə ki, “İnter” doğma azarkeşləri önündə burdakından daha yaxşı oyun nümayiş etdirəcək. Biz ümidlərimizi tam itirməmişik. Komandadakı psixoloji vəziyyət düzəlməlidir. İnanaraq Bakıya getməliyik.

 

- Bakıda uğurlu nəticə qazanmaq üçün komandada nələr dəyişməlidir?

- İndi onların necə oynadığını daha yaxşı bilirik. “İnter”ə topu özlərində çox saxlamağa imkan verməməliyik. Həmçinin onların müdafiə xətti çox mükəmməl oynayır. Buna qarşı bir şey fikirləşməliyik.