“Barselona” futbol klubunun baş məşqçisi Herardo Martines komandanın hücumçusu Lionel Messinin Çempionlar Liqasının 1/4 finalının “Atletiko”ya qarşı cavab oyununda zəif oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, Martines Messidən daha yaxşı oyun gözlədiklərini vurğulayıb.
“Messinin oyun ərzində beş, altı və ya on beş kilometr qaçması məni maraqlandırmır” - deyə, argentinalı mütəxəssis bildirib: “Bizə onun daha tez-tez top alması lazımdır. Onun “Atletiko” ilə oyunda bir neçə epizodu olsa da, bu epizodlardan istifadə edə bilmədi. Messi üçün indi ağır dövrdür. Çünki bir oyunda o qədər də yaxşı oynamayan kimi, tənqid atəşinə məruz qalırsan. Hətta ən məşhur futbolçuların belə eniş və yüksəliş dövrü olur”.
Messi “Atletiko” ilə oyunda 90 dəqiqə meydanda olub, rəqib qapısına 4 dəfə zərbə endirib və bütün hallarda zərbəsi qeyri-dəqiq olub.