“Barselona” futbol klubunun baş məşqçisi Herardo Martines Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı cavab oyunu barədə fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, argentinalı baş məşqçi qələbəyə ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, “Kamp Nou”da keçirilən ilk oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Martines səfər oyununda məsələni əsas vaxtda həll etmək və əlavə vaxta saxlamamağa ümid etdiklərini bildirib: “Ortaya böyük mükafat qoyulub – Çempionlar Liqasının yarımfinalına vəsiqə. Biz “Atletiko”dan daha yaxşı oynamalı və qələbə qazanmalıyıq. “Atletiko” bizə 90 dəqiqə oyuna nəzarət etməyə imkan verəcək komanda deyil. Amma biz çalışacağıq. Çünki biz ancaq belə oynamağı sevirik”.