Messi 53 milyon avro vergi ödəyəcək
18.07.2014 - 19:29
Messi 53 milyon avro vergi ödəyəcək

“Barselona”nın hücumçusu Lionel Messi təqvim ili ərzində İspaniyada ümumilikdə 53 milyon avro vergi ödəyəcək. Apasport.az saytının məlumatına görə, bura futbolçunun məvacibindən, əmlakından və sponsor müqavilələrindən tutulacaq vergi, eləcə də 2010-2012-ci illərdə vaxtında ödəmədiyi 22,4 milyon avro daxildir.

 

Bundan əlavə, Messinin 2007-2009-cu illərdə gəlirlərinin bir hissəsini gizlətməsi səbəbindən, ona cərimə tətbiq edilə bilər və bu zaman futbolçunun vergi ödəməsi daha 3 milyon avro artacaq.

 

Argentinalı hücumçu 7 il ərzində ümumilikdə 100 milyon avro vergi ödəyib. Bu zaman onun gəliri 200 milyon avrodan çox olub.