İspaniya La Liqasında “Las-Palmas”la oyununda zədələnərək 6-8 həftəlik sıradan çıxan Lionel Messinin yaşıl meydanlara nə zaman dönəcəyi maraqla gözlənilir. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçunun xüsusi olaraq “El-Klasiko”ya yetişib-yetişməyəcəyi əsas müzakirə mövzusudu.
İspaniyanın sport.es saytı iddia edir ki, ötən həftədən fərqli olaraq qoltuq ağacını atan və yüngül məşqlərə başlayan futbolçu bir müddət sonra normal hazırlıqlara başlayacaq.
İnkişafın bu templə davam edəcəyi halında isə ulduz futbolçunun 22 noyabrda oynanılacaq olan möhtəşəm oyuna qədər meydana dönəcəyi gözlənilir.
Ancaq bu qarşılaşmadan daha əvvəl hansısa oyunda çıxış etmək möcüzə kimi görünür.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı