Milli üzvü oynadı, klubu qələbə qazandı
23.08.2015 - 16:39
Milli üzvü oynadı, klubu qələbə qazandı

Almaniya II Bundesliqasının 3-cü turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.


Adıçəkilən komanda doğma meydanda "Duysburq"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Nazarov 58-ci dəqiqədə meydana çıxıb.


Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 7-ci pillədə qərarlaşıb.