Millimiz “Borussiya” ilə heç-heçə etdi
17.07.2014 - 17:30
Millimiz “Borussiya” ilə heç-heçə etdi

Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət yığmamız yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Dortmund “Borussiya”sının nəzdindəki U-16 komandası ilə qarşılaşıb.

 

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Pilağa Mehdiyev və Mustafa Ərboğa fərqlənib.