Millimiz Avstriyaya təlim-məşq toplanışına yollanacaq
10.04.2014 - 10:49
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Avstriyaya gedəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, komandamız Mərkəzi Avropa ölkəsinə iyunun sonlarında yola düşəcək.
Millimiz orda bir neçə hazırlıq matçları keçirəcək. Rəqiblər yerli klublar və bəzi yığmalar olacaq.
Qeyd edək ki, U-19 seçmə mərhələdə Macarıstan, Slovakiya və Sloveniya ilə bir qrupa düşüb. Tsiklin görüşləri Macarıstanda keçiriləcək.
0
0