İtaliya ilə oktyabrın 10-da keçiriləcək qarşılaşma Azərbaycan millisi üçün AVRO-2016-nın seçmə mərhələsində son ev oyunu olacaq. Apasport.az saytının məlumatına görə, AVRO-1996-dan dünya və qitə çempionatlarına qatılmaq üçün mübarizə aparan yığmamız indiyədək heç vaxt son ev matçında qalib gəlməyib.
Əvvəlki 10 tsikldən 5-də heç-heçəylə kifayətlənən yığmamız digər 5 matçda uduzub. Lakin son 3 seçmə mərhələdə Bakıdakı axırıncı qarşılaşmada yığmamız meydanı qolsuz tərk etməyib. Futbolçularımız həm ilk dəfə azarkeşlərini qələbəli finişlə sevindirmək, həm də 2 dəfə Rusiya, 1 dəfə Avstriya ilə görüşə təsadüf edən bu ənənə İtaliya ilə görüşdə davam etdirməyə çalışacaq.
Millimizin seçmə mərhələlərdəki son ev oyunları
15 noyabr 1995. Trabzon. AÇ. Azərbaycan – Polşa - 0:0
6 sentyabr 1997. Bakı. DÇ. Azərbaycan - Norveç - 0:1
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya - 0:1
5 sentyabr 2001. Bakı. DÇ. Azərbaycan – Makedoniya - 1:1
6 sentyabr 2003. Bakı. AÇ. Azərbaycan – Finlandiya - 1:2
7 avqust 2005. Bakı. DÇ. Azərbaycan – Avstriya - 0:0
21 noyabr 2007. Bakı. AÇ. Azərbaycan – Belçika - 0:1
14 oktyabr 2009. Bakı. DÇ. Azərbaycan - Rusiya - 1:1
7 oktyabr 2011. Bakı. AÇ. Azərbaycan – Avstriya - 1:4
15 oktyabr 2013. Bakı. DÇ. Azərbaycan – Rusiya - 1:1
Qeyd: AÇ – Avropa çempionatı, DÇ – dünya çempionatı
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı