Millimiz qrupda qaldı
02.10.2015 - 08:27
Millimiz qrupda qaldı

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda II tur başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı qrupda baş tutan son iki qarşılaşma 3-cü turu formallığa çevirib.

 

Belə ki, artıq növbəti mərhələyə çıxan və qrupda qalanlar bəllidi. Azərbaycan millisinin meydan sahibi Belçikaya 0:1, Gürcüstanın Çexiyaya 0:13 uduzması hər iki Qafqaz təmsilçisinin qrupda qalmasını rəsmiləşdirib. Hər qrupdan yalnız ilk iki yer elit-raunda yüksəldiyindən xalı olmayan Azərbaycan və Gürcüstan yalnız təsəlli qələbəsi üçün üz-üzə gələcək. Bu qarşılaşma oktyabrın 4-də baş tutacaq.

İlik iki yeri təmin edən Çexiya və Belçika isə qrup qalibi olmaq üçün mübarizə aparacaq.

 

1

Çexiya

2

2

0

0

17-1

6

2

Belçika

2

2

0

0

16-0

6

3

Azərbaycan

2

0

0

2

1-5

0

4

Gürcüstan

2

0

0

2

0-28

0