Millimiz Rusiya və İsraillə qarşılaşacaq
10.04.2014 - 15:07
Mayın 14-dən 16-dək Bakıda 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yarışda Azərbaycan, Rusiya və İsrailin müvafiq yaş qrupuna daxil olan yığmaları iştirak edəcək.
14 may
14:00 AZƏRBAYCAN - İsrail
15 may
14:00 İsrail - Rusiya
16 may
14:00 AZƏRBAYCAN - Rusiya
Qeyd edək ki, bütün oyunlar Bayıl stadionunda keçiriləcək.
0
0