Millimiz yenidən I dəstədə çıxış edəcək
17.07.2014 - 14:26
Millimiz yenidən I dəstədə çıxış edəcək

17 yaşadək milli komandamız növbəti mövsümdən I dəstədə çıxış edəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov verib.

Federasiya rəsmisi bildirib ki, bu təşəbbüs U-17-nin baş məşqçisi Mirbağır İsayev tərəfindən gəlib: “Bu təklifi komandanın baş məşqçisi Mirbağır İsayev irəli sürdü. Bernhard Lippert də buna müsbət yanaşdı. Qərara gəldik ki, U-17 bundan sonra I dəstədə klub kimi mübarizə aparsın”.

Qeyd edək ki, əvvəllər U-18 yığmamız elitada çıxış edib. U-17 (U-16) yığmamız isə 2003/04 mövsümündə I dəstədə mübarizə aparıb. Yığma 8 komanda arasında VI olub.