17 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sakib Malkoçeviç 22 futbolçuya dəvət göndərib.
Bosniyalılar sabahdan ölkənin 4-cü böyük şəhəri olan Zenitsada hazırlıqlara başlayacaq. Heyətdə Avstriya, Almaniya, Serbiya, Xorvatiya və Çexiya çempionatlarında çıxış edən futbolçular var: Dino Çizmiç, Edin Salkiç (hər ikisi “Sloboda”), Valentino Yoviç (“Zalsburq”, Avstriya), Sandi Huşiç (“Borussiya” Dortmund, Almaniya), Besim Şerbeçiç (“Zvezda”), Nikola Qavriç (“Bavariya”, Almaniya), Branimir Bayiç (“Çukariçki”, Serbiya), Mato Staniç (“Dinamo” Zaqreb, Xorvatiya), Denis Jeriç, Seid Behram, Aydin Muyaqiç (hər üçü “Jelyezniçar”), Zinedin Mustedanaqiç (“Sparta” Praqa, Çexiya), Amar Sulyiç, Ermedin Demiroviç (hər ikisi “Leypsiq”, Almaniya), Alan Deliç (“Karlsrue”, Almaniya), Miyo Miletiç, Selmir Pidro (hər ikisi “Sarayevo”), Toni Nikiç, Mario Bayo (hər ikisi “Şiroki Briyeq”), Mirza Mustafiç (“Borussiya” Mönxenqladbax, Almaniya), Amir Maşiç (“Çelik”), Sandi Ayaniç (“Velej”).
Qeyd edək ki, Bosniya və Herseqovina Belçikada keçiriləcək 10-cu seçmə qrupda millimizin rəqiblərindən biridir. Bu komandalar qrupun sonuncu turunda – oktyabrın 28-də üz-üzə gələcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı