Mourinyo: “Çelsi” transfer kampaniyasını başa çatdırdı
20.07.2014 - 16:28
Mourinyo: “Çelsi” transfer kampaniyasını başa çatdırdı

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandanın transfer mövsümünün bitməsinə xeyli qalmış futbolçular alınmasına son qoyduğunu bildirib. Apasport.az saytının məlumatına görə, klub sonuncu olaraq “Atletiko Madrid”in futbolçusu Felipo Luislə müqavilə bağlayıb.

 

“Çelsi” Luislə 3 illik müqavilə bağlayıb. Bundan əlavə, Mourinyonun komandası “Atletiko”dan Dieqo Kostanı, “Barselona”dan Sesk Fabreqası, Xorvatiyanın “Xayduk” klubundan Mario Paşaliçi alıb, “Atletiko”ya icarəyə verdiyi Tibo Kurtuanı geri qaytarıb.

 

Mourinyo fantastik iş gördüklərini vurğulayıb: “Biz transfer kampaniyasını bitiririk. Transfer kampaniyası avqustun 31-də başa çatmalıdır. Biz isə onu iyulun sonuna xeyli qalmış bağlayırıq. Klub fantastik iş görüb. Bu, təkcə futbolçuların əldə edilməsi ilə deyil, onların əldə edilməsinin vaxtı ilə bağlıdır”.