Mourinyo: “Çelsi”nin “Real”la oynamasına şad olardım
09.04.2014 - 20:31
Mourinyo: “Çelsi”nin “Real”la oynamasına şad olardım

“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında mümkün rəqibləri barədə fikrini bölüşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə rəhbərlik etdiyi “Real Madrid”lə görüşməyə şad olacağını bildirib.

 

“Əgər püşk “Çelsi”ni “Real”la qarşılaşdırsa, biz çox şad olacağıq” - deyə, Mourinyo qeyd edib: “Mən bütün hallarda şad olacağam. Amma 1/4 finalında səkkiz çox güclü klub qarşılaşıb. Artıq kiminlə oynayacağımızın əhəmiyyəti yoxdur. Vacib odur ki, “Çelsi” ən güclü komandaların siyahısındadır”.