Moyes: Məktəbli də bilir ki…
10.04.2014 - 03:58
“Mançester Yunayted”in baş məşqçisi Devid Moyes Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya məğlubiyyətlərini şərh edib. Apasport.az saytının məlumatına görə, futbolçularından razı qaldığını qeyd edən Moyes əsas məqamlardakı səhvlərin oyunun taleyini həll etdiyini vurğulayıb.
Baş məşqçi bildirib ki, hətta məktəbli belə qol vurandan dərhal sonra top buraxmamaq lazım olduğunu bilir: “Bizim buna yol verməmək üçün kifayət qədər təcrübəli oyunçumuz var idi. Mən komandamın oyunundan razıyam. Amma bir neçə səhv bizi növbəti mərhələdən məhrum etdi”.
0
0