“Barselona”nın hücumçusu Neymar komandadan ayrıla bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçu klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.
Son vaxtlar adı “Mançester Yunayted”lə birgə hallanan Neymarı kataloniyalılar buraxmaq istəmirlər. Bu üzdən də ona 2018-ci ilə qədər olan anlaşmanı uzatmağı təklif ediblər. Lakin İspaniyada vergi ilə bağlı problem yaşayan Braziliya millisinin üzvü bunu qəbul etməyib. O, bu problemin yoluna qoyulmasını gözlədiyini bildirib.
Qeyd edək ki, Neymar “Barselona”ya 2013-cü ilə “Santos”dan transfer olunmuşdu.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı