PAOK “Qəbələ” önünə 2 hücumçu ilə çıxacaq
17.09.2015 - 13:22
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qəbələ”nin qonağı olacaq PAOK-un oyuna hansı taktiki sxemlə çıxacağı bəlli olub. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Saloniki təmsilçisi 3-5-2 sxeminə üstünlük verəcək.
Belə ki, xorvatiyalı baş məşqçi İqor Tüdor “Qəbələ” ilə matçda əsas heyətdə 2 hücumçu buraxacaq. Lakin komandanın yeni transferi Dimitar Berbatov ilk “11-lik”də yer almayacaq.
Bolqarıstanlı forvard ən yaxşı halda, oyunun gedişində meydana daxil ola bilər.
Qeyd edək ki, “Qəbələ” – PAOK matçı saat 22:00-da start götürəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0