Pirlo “Real”a keçə bilər
18.07.2014 - 02:46
Pirlo “Real”a keçə bilər

“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo karyerasını “Real Madrid”də davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, İtaliya millisinin 35 yaşlı futbolçusunu madridlilərin baş məşqçisi Karle Ançelotti klubda görmək istəyir.

 

Qeyd edək ki, Ançelotti “Milan”ın baş məşqçisi olanda, Pirlo onun başçılığı altında oynayıb. İyulun 16-da isə Massimiliano Alleqri “Yuventus”un baş məşqçisi təyin edilib. Məhz Alleqri Pirlonun 2011-ci ildə “Milan”dan getməsinin səbəbkarı olub. Buna görə də, veteran futbolçu özünə yeni klub axtarmağa başlayıb.