“Nyu-York Siti” klubunun ulduz futbolçusu Andrea Pirlo maraqlı açıqlama verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, sabiq komanda yoldaşı Canluici Buffonla bağlı fikirlərini bölüşüb.
Pirlonun fikrincə, Buffonu futbol tarixinin ən güclü qapıçısı adlandırmaq olar: “Mənim bəxtim gətirdi ki, Buffonla 15 il birgə oynadım. O, unikaldı. Bəlkə də, futbol tarixinin ən yaxşı qapıçısıdı. Onun çıxışına, məşqlərinə baxmaq möhtəşəmdi”.
36 yaşlı yarımmüdafiəçi “Yuve”nin UEFA Çempionlar Liqasında səfərdə “Mançester Siti”yə qalib gəlməsindən də danışın: “Yuventus” əla oyun sərgilədi. Onlar qələbəyə layiq idilər. Səfərdə “Mançester Siti”yə qalib gəlmək asan iş deyil”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA