Platini Zidana yerini göstərdi
11.04.2014 - 23:42
Fransanın “Monako” futbol klubunun Zinəddin Zidana baş məşqçi postunu təklif edəcəyi barədə məlumat UEFA prezidenti Mişel Platinini də maraqlandırıb. Apasport.az saytının məlumatına görə, Platini həmyerlisinə “Monako”nun baş məşqçisi ol” tövsiyəsini verib.
UEFA prezidenti Zidanın fransız klubunun sükanı arxasına keçməsinin çox gözəl fikir olduğunu vurğulayıb: “Əgər özü də istəsə, məşqçilik karyerasına başlamaq üçün “Monako” yaxşı ünvandır. Bir ildir “Real”da Karlo Ançelotti ilə çalışır. Buna görə də, məşqçiliyə hazır olduğunu düşünürəm”.
0
0