Portuqaliya yığması üçün azərbaycanlı hakim
18.07.2014 - 13:24
FİFA referi köməkçisi Yaşar Abbasovun 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində ilk təyinatını alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz iyulun 19-da keçiriləcək Portuqaliya - İsrail qarşılaşmasının yan xətt hakimlərindən biri olacaq.
Oyunu rumıniyalı FİFA referisi İştvan Kovaç idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Tomas Boqnar (Macarıstan) yətin edilib.
Qeyd edək, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.
Mənbə: affa.az
0
0