Premyer Liqa klubu yeni baş məşqçisinin adını açıqladı
10.10.2015 - 10:47
Premyer Liqa klubu yeni baş məşqçisinin adını açıqladı

“Sanderlend”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisini bundan sonra Sem Ellardays çalışdıracaq.

 

O, bu postda bir neçə gün əvvəl istefaya göndərilən Dik Advokatı əvəzləyib. Ötən mövsüm “Vest Hem”i çalışdırmış Ellardays yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, "Sanderlend" İngiltərə Premyer Liqasında 8 turdan sonra 19-cu pillədə qərarlaşıb.