Qvardiola “Real”la görüşəcəklərindən məmnundur
11.04.2014 - 20:21
Qvardiola “Real”la görüşəcəklərindən məmnundur

 

“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalının püşkünün nəticələrini şərh edib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis əzəli rəqibinə qarşı oynayacağından sevinib.

 

Xatırladaq ki, Qvardiola futbolçu kimi dəfələrlə “Barselona”nın tərkibində “Real”a qarşı oynayıb. “Barselona”nın baş məşqçisi postunu tutanda da bu qarşıdurma davam edib. İspaniyalı məşqçi püşkatmanın nəticəsinə çox sevindiyini bildirib: “Rəqibimizin “Real” olmasına çox sevinirəm. Mən Madrid klubunu çox yaxşı tanıyıram və ona qarşı oynamağın necə çətin olduğunu təsəvvür edirəm. Yarımfinal oyunları “Bavariya” üçün yaxşı sınaq olacaq. Amma mən öz futbolçularıma inanıram”.