“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunyated”ə qarşı cavab oyunu barədə danışıb. Apasaport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis növbəti mərhələyə keçmək üçün ingilislərlə necə oynamaq lazım olduğunu bildiyini vurğulayıb.
Qvardiola bildirib ki, növbəti mərhələyə yüksələcəklərinə əmindir: “1:1 hesablı bərabərlik çox risklidir. Əfsuslar olsun ki, Mançesterdə qalib gələ bilmədik. Əminəm ki, növbəti mərhələyə biz keçəcəyik. Amma yaxşı oynamaq və qalib gəlmək lazımdır. Mütləq öz strategiyamıza riayət etməli və xaosdan qaçmalıyıq – Mançesterdə qol buraxdığımız vəziyyətin təkrarlanmasına yol vermək olmaz. Biz qələbə çalmaq üçün nə etməli olduğu barədə komanda ilə danışmışıq. Müxtəlif və təhlükəli hücumlar etməliyik. “Yunayted” əks-hücum üçün bizim top itirməyimizi gözləyəcək. Diqqətli olmalıyıq. Mən necə oynamaq lazım olduğunu çox gözəl bilirəm. Bu mərhələdə heç bir zaman ikinci şans olmur. Təzyiq böyükdür və biz belə oyunlarda həmişə yaxşı oyun göstərmişik. Hər şeyi kiçik taktiki detallar həll edir. Biz artıq “Mançester Yunayted”in necə oynadığını bilirik. Biz onların güclü və zəif tərəflərini öyrənmişik. Birinci oyunda hamı bizim barəmizdə danışırdı. Amma indi “Mançester Yunayted”in də qalib gələ biləcəyi barədə deyirlər. Biz isə doğma divarlar arasında oynayacağıq və qalib gəlməliyik”.