Rekordun təkrarı
12.04.2014 - 10:28
Rekordun təkrarı

Mayın 8-də açıqlanacaq milli komandaların FİFA reytinqində ciddi dəyişikliklər olmayacaq. Apasport.az saytının məlumatına görə, 2 gün əvvəl qurumun dərc etdiyi cədvəldəki komandalardan yalnız bəzilərinin xal hesabı və mövqeyi cüzi dəyişikliyə uğrayacaq.

Buna səbəb sonuncu siyahının açıqlandığı tarixdən sonrakı müddətdə o qədər də beynəlxalq matçın keçirilməməsidir. Aprelin 10-da 398 xalla dünyanın 85-ci komandası olan və bununla da tarixinin ən yüksək göstəricisinə imza atan Azərbaycan millisi də yerində qalacaq.

Son 4 ilin analoji dövrlərində də rəsmi matça çıxmayan komandamızın xal hesabı da eyni qalacaq. Bu isə o deməkdir ki, 398 xallı millimiz hesabı yenə eyni olacaq. Siyahıda millimizin qonşusu olan komandaların da böyük əksəriyyətinin xalının dəyişməyəcəyi proqnozlaşdırılır. Reytinqdəki cüzi dəyişikliklər millimizdən yan ötməlidir. Düzdür, bunun əksi də istisna edilmir. Amma böyük ehtimalla milli yenə özünün rekord mövqeyində - 85-ci pillədə qalacaq. Bir sözlə, Berti Foqtsun yetirmələrinin bu ay imza atdığı rekodru gələn ay təkrarlayacağı gözlənilir.