“Bavariya”nın məşqçilər korpusu fransalı futbolçu Frank Riberi barədə şad xəbər alıb. Apasport.az saytı xəbər verir ki, zədəsinə görə mart ayından yaşıl meydanlara həsrət qalan 32 yaşlı yarımmüdafiəçi təyin olunan vaxtdan tez sıraya dönəcək.
Belə ki, Riberi bu ilin sonuna kimi tam sağalacaq. Bu barədə klubun icraçı-direktoru Karl-Haynts Rummenigge məlumat verib. Riberinin konkret olaraq, nə vaxt sıraya dönəcəyi bilinməsə də, onun 2016-cı ilə qədər məşqlərə başlayacağı məlumdu.
Qeyd edək ki, 2007-ci ildən “Bavariya”nın formasını geyinən Riberi hazırkı komandasında ümumilikdə 299 oyunda 104 qola imza atıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA